Modern.az

Milli Məclisin sədri: "Bakıda yeni Soyqırımı abidəsi qoyulacaq"

Milli Məclisin sədri: "Bakıda yeni Soyqırımı abidəsi qoyulacaq"

14 May 2013, 12:40

Bu gün Milli Məclisin (MM) növbəti plenar iclası keçirilir. Modern.az-ın məlumatına görə, iclasın gündəliyinə 7 məsələ daxil edilib. Bunlar “Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında sazişə düzəlişlərin təsdiq edilməsi” haqqında qanun layihəsi, “Avtomobil yolları haqqında”, “İcbari sığorta haqqında” qanunlara, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsi və “Miqrasiya Məsəlləsi”nin layihəsidir.

Gündəlikdəki məsələlərin müzakirəsindən öncə çıxış edən 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov yenidən Bakıda Soyqırımı abidəsi və muzeyinin yaradılması məsələsini qaldırıb. O, deyib ki, belə bir abidənin qoyulması çox vacib məslədir. Azərbaycana gələn rəsmi nümayəndələr Soyqırımına həsr edilmiş abidəni də ziyarət etməlidirlər.
Elman Məmmədovun sözlərinə görə,  ermənilər özlərinin qondarma “soyqırımları”na artıq 50-ci illərdə abidə qoyublar.
”Biz isə nədənsə bu işdə ləngiyirik. Ulu öndərin verdiyi sərəncamda bu məsələ xüsusilə qeyd olunub ki, Bakıda Soyqrımı abidəsi və Soyqırımı muzeyi yaradılsın. Xocalı ilə bağlı abidə var. Amma yalnz ildə bir dəfə ziyarət olunur”.
Deputat xahiş edib ki, rəsmi ziyarət protokollarına Xocalı soyqırımı abidəsinin ziyarət edilməsi də salınsın: “Bəzən deyirlər ki, bura gələn dövlətlərin nümayəndələri həmin soyqırımı tanımırlar. Tanımasınlar, ancaq biz təklif edək, gedərlər, lap yaxşı”.
 
E.Məmmədov deyib ki, Soyqırımı abidəsi Şəhidlər Xiyabanında görkəmli bir yerdə ucaldılsa,  yaxşı olardı.
”Gələn xarici nümayəndə heyətləri könülsüz olsa da, buranı ziyarət etməyə məcbur olacaqlar”.  

Təklifə münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, artıq bu istiqamətdə işlər gedir, Bakıda böyük bir Soyqırımı abidəsi qoyulacaq.
”Yüksək səviyyəli bir komleks-layihə hazırlanır. Bu işlər gedir. Amma bu, bir günün işi deyil”.

O.Əsədovun sözlərinə görə, həmin kompleksdə Xocalı soyqırımını əks etdirən abidə və muzey olacaq: “Kompleks hazır olduqdan Xocalı soyqırımı abidəsinin ziyarəti rəsmi protokollara salınacaq”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...