Modern.az

Spiker Sabir Rüstəmxanlını populist adlandırdı

Spiker Sabir Rüstəmxanlını populist adlandırdı

14 May 2013, 13:10

Milli Məclisin bu günkü iclasında çıxış edən Sabir Rüstəmxanlı Azərbaycanı Cənubi Azərbaycanla bağlı problemlərə diqqət yetirməyə çağırıb. Modern.az bildirir ki, onun sözlərinə görə, Cənubi azərbaycanlıların problemləri dövlət səviyyəsində  müzakirə olunmalı və  reaksiya verilməlidir. O, Azərbaycanı dövlət xətti ilə Güney Azərbaycandan tələbələri ali məktəbə çağırmaması və təhsil verməməsinə narazılıq edib.  Bundan başqa o Güney Azərbaycan məsələsini prioritet məsələ kimi daim gündəmdə saxlmağa çağırıb. Sabir Rüstəmxanlının bu çıxışı spiker Oqtay Əsədov tərəfindən narazılıqla qarşılanıb.

Oqtay Əsədov bildirb ki, Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılıarı Konqresinin sədri olduğundan belə çıxışlar etmək onun borcudur: “DAK sədri kimi belə çıxışlar etmək sizin borcunuzdur. Amma ölkəmizi burda zəif dövlət kimi göstərmək qəti düzgün deyil. Azərbaycan özünün ilk mübarizəsini hələ ki, başa çatdırmayıb. Biz 15 istiqamətdə mübarizə aparmalıyıq?” O, millət vəkilini populist çıxışlar etməkdə günahlandırb. Siz populist çıxışlat etməyi öyrənibsiniz, dövlətimizi zəif göstərmək cəhdləri yolvedrilməzdir”-deyə spiker bildirb.   

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...