Modern.az

Milli Məclisdə Elçibəyin və Nuru Paşanın adının əbədiləşdirilməsi təklif olundu

Milli Məclisdə Elçibəyin və Nuru Paşanın adının əbədiləşdirilməsi təklif olundu

14 May 2013, 13:11

Modern.az xəbər verir ki, parlamentin bugünkü iclasında deputat Fərəc Quliyev mərhum eks-prezident Əülfəz Elçibəyin adının əbədiləşdirilməsi üçün müəyyən işlərin görülməsini istəyib. Qüdrət Həsənquliyev də bu təklifi dəstəkləyib. O, qeyd edib ki, artıq Azərbaycan müxalifətinin böyük hissəsi Heydər Əliyevin dövlət müstəqilliyinin qurucusu olduğu açıq söyləməkdən çəkinmirlər:
“Elçibəy də milli azadlıq hərəkatının lideri olub. Ölkədə siyasi mədəniyyəti inkişafına imkan yaradılmalı, onun adının əbədiləşdirilməsi üçün işlər görülməlidir”.
Q.Həsənquliyev deyib ki, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın rəhbərliyilə Bakının iğaldan azad olunması zamanı 1300-dən artıq anadolu türkü iştirak edib. Bu dostluğumuzun əbədiləşdirilməsi üçün Nuru Paşaya da abidə qoyulmalıdır.
”Bu bizim öz tariximizə hörmətimizin nümunəsi olardı və iqtidara başucalığı gətirərdi”.

Modern.az
 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...