“Bəzən mətbuat orqanları deputatdan elə şey tələb edirlər ki, adam təəccüblü qalır".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib.
“Deyirlər ki, hansısa bölgədə dövlətin malı mənimsənilir, oğurlanır deputat hara baxır? Buna deputat nə etməlidir? Deputat məsələ ilə bağlı aidiyyəti qurumlara göndərir. Bundan sonra məsələ həmin qurumlar tərəfindən araşdırılır. Dəqiq mövzu haqda necə danışa bilərik? Həm də dəqiqləşdirilməmiş mövzu haqda danışmağımızı istəyirlər.”, - S.Novruzov əlavə edib.