Modern.az

Milli Məclisin 21 may iclasında 9 məsələ müzakirə olunacaq - SİYAHI

Milli Məclisin 21 may iclasında 9 məsələ müzakirə olunacaq - SİYAHI

15 May 2013, 17:29


Milli Məclisin mayın 21-də keçiriləcək iclasının gündəliyi məlum olub. Modern.az xəbər verir ki, parlamentin növbəti plenar iclasının gündəliyinə 9 məsələ salınıb. Bunlar aşağıdakılardır:

1.Azərbaycan Respublikası və Monteneqro arasında dostluq müsnaibətləri və tərəfdaşlıq haqqında Bəyannamənin təsdiq edilməsi;

2. “Azərbaycan Respublikası Höküməti və Monteneqro Höküməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınamsı haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə qanun layihəsi;

3. “Azərbaycan Respublikası Höküməti və Monteneqro Höküməti arasında beynəlxalq kombinə edilmiş danışaqlar haqqında” Sazişin təsdiq edilməsi qanun layihəsi;

4. Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi;

5. “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurasının Birinci Dünya Futbol Kubokunun təşkili haqqında” müqavilənin təsdiq edilməsi barədə qanun layihəsi;

6. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi;

7. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi;

8. “Əmək pensiyaları haqqında “Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi;

9. Miqrasiya Məcəlləsinin layihəsinin ikinci oxunuşu.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...