Modern.az

“İcra orqanları soyad sonluqlarının dəyişilməsinə mane olur” - Deputat

“İcra orqanları soyad sonluqlarının dəyişilməsinə mane olur” - Deputat

Parlament

5 Yanvar 2023, 12:46

“Milli Məclisin ötən ilki son yığıncağında təklif etdim ki, qoy 2023-cü ildə, ilk gündən başlayaraq, ailələrdə doğulan uşaqlara doğum şəhadətnaməsi alınarkən soyad sonluqları "ov"suz, "yev"siz yazılsın”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib.

O xatırladıb ki, soyad soluqlarının milliləşməsi haqqına qərar hələ Azərbaycan parlamentində 1992-ci ildə qəbul edilib:

“Lakin icra orqanları buna mane olublar. O vaxtdan həm Milli Məclisdə, həm də mətbuatda dəfələrlə bu barədə danışmışıq, yazmışıq, onlarla siyasətçi, ictimai xadim, ziyalı, jurnalist bu işin zəruriliyini dilə gətirib. Lakin bu işi həyata keçirməli olan icra orqanları millətin istəyini bu qulağından alıb o biri qulağından veriblər”.
 

S.Rüstəmxanlı bildirib ki, sözügedən məsələdə təkcə Vətəndaş aktlarını qeydiyyat idarələri günahkar deyil, burada vətəndaş şüuru, milli heysiyyət, öz hüququnu bilməmək, övladının taleyinə biganəlik kimi amillər də bir əngəldir.

“Yaşlılar vərdiş etdikləri rus soyad sonluqları ilə vidalaşmaqda çətinlik çəkirlər. Başa düşürük. Onda qoy heç olmasa yeni doğulan uşaqlarımız ilk gündən milli soyad daşısınlar. Əgər buna da mane olacaqlarsa, deməli, burada bir qəsd var...”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi