Modern.az

Naxçıvan Ali Məclisinin sessiyası ÇAĞIRILDI

Naxçıvan Ali Məclisinin sessiyası ÇAĞIRILDI

6 Yanvar 2023, 22:30

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası çağırılıb.

 

Modern.az xəbər verir ki, sessiya 2023-cü il yanvar ayının 10-da saat 11:00-da başlayacaq.

 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

 

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi

3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

 

Qeyd edək ki, sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri də dəvət olunacaqlar.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi