Modern.az

Sahibə Qafarova: Ədalət və səmimiyyətə ehtiyac var

Sahibə Qafarova: Ədalət və səmimiyyətə ehtiyac var

9 Yanvar 2023, 14:56

“Azərbaycan torpaqlarının 20 faizi 30 il Ermənistanın işğalı altında olub, şəhərlərimiz dağıdılıb, insanlarımız qaçqın və məcburi köçkün durumuna düşüblər”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının Türkiyənin Antalya şəhərində keçirilən XIII plenar iclasında çıxışı zamanı deyib.

 

Spiker bildirib ki, problemli məsələlər həllini tapmalıdır: “İkili standartlardan qaçmalıyıq. Dünyada ədalət və səmimiyyətə ehtiyac var”.

 

S.Qafarova söyləyib ki, dünyada çətinliklər getdikcə artır: “Pandemiya ilə birlikdə artan çətinliklər həyatın bütün sahələrinə təsir etdi, sosial gərginlik yaratdı. Pandemiya, iqlim dəyişikliyi və qlobal problemlərə qarşı bəzi tədbirlər görməyə çalışırıq. Həmrəylik hər zaman vacibdir”.

 

Xatırladaq ki, Asiya Parlament Assambleyası 2006-cı ildə Sülh naminə Asiya Parlamentləri Assosiasiyasının VII sessiyasının qərarı ilə yaradılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi