Modern.az

AŞPA-nın qış sessiyası bu tarixdən başlayacaq

AŞPA-nın qış sessiyası bu tarixdən başlayacaq

Parlament

12 Yanvar 2023, 16:06

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası 2023-cü il yanvarın 23-dən 27-dək Strasburqda keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə AŞPA-nın Mətbuat xidməti məlumat yayıb.

 

Sessiyada Rusiyanın Ukraynaya qarşı müharibəsinin hüquqi və insan haqları baxımından aspektləri, silahlı münaqişələrin ətraf mühitə təsiri, həmçinin etik, mədəni və təhsil məsələləri müzakirə ediləcək.

 

Təşkilatın qış sessiyasında AŞPA-nın prezident və vitse-prezident seçkiləri keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi