Milli Məclisdə koronavirus infeksiyası ilə bağlı dinləmə keçiriləcək.
Modern.az xəbər verir ki, bu, parlamentin Səhiyyə komitəsinin 2023-cü il yaz sessiyası üçün qanunvericilik işləri planına daxil edilib.
Belə ki, Səhiyyə komitəsi “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən digər tədbirlər barədə” dinləmə təşkil edəcək.