Modern.az

Milli Məclisin dörd komitəsi sabah iclas keçirəcək

Milli Məclisin dörd komitəsi sabah iclas keçirəcək

18 Yanvar 2023, 15:54

Sabah Milli Məclisin dörd komitəsinin ayrı-ayrılıqda iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunlar Hüquq siyasəti və dövlət quruculuğu; Regional məsələlər; Elm və təhsil; Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələridir.

 

Regional məsələlər komitəsinin iclasına 6 məsələ daxil edilib.

 

Elm və təhsil komitəsinin iclasına isə 3 məsələ daxil edilib. Bunlar aşağıdakılardı:

 

1. Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin payız sessiyası ərzində fəaliyyəti barədə hesabat.



2. Milli Məclisin Elm və təhsil komitəsinin 2023-cü ilin yaz sessiyası üçün iş planının müzakirəsi.



3. “Lotereyalar haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Ovçuluq haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Mühasibat uçotu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi