Modern.az

Deputat cərimələrin 3 dəfə azaldılmasını TƏKLİF ETDİ

Deputat cərimələrin 3 dəfə azaldılmasını TƏKLİF ETDİ

Parlament

19 Yanvar 2023, 11:08

Milli Məclisdə deputat cərimələrin məbləğinin çox olmasından şikayətlənib.

 

Modern.az xəbər verir ki, bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini, deputat Qüdrət Həsənquliyev çıxış edib.

 

"Cərimələr çox yüksəkdir. Bu aralar gözümüzü yumub, cərimələri yazırıq. Amma bunun elmi yanaşması lazımdır. İndi müəyyənləşməlidir ki, cərimənin məbləği onun aylıq ödənişi ilə mütənasibdirmi? Nəzərə almaq lazımdır, cərimə verən ailə dolandırır, onun ailəsini gündəlik təlabatlardan məhrum etmiş oluruq. Cərimələr o demək deyil ki, dövlət büdcəsinə pul gəlsin, əsas odur ki, cərimələnən şəxs tənbeh olunsun. Ona görə də cərimələr 3 dəfə aşağı salınmalıdır", - deyə deputat vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi