Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilir.
Modern.az xəbər verir ki, iclasın gündəliyinə üç məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin payız sessiyası ərzində fəaliyyəti barədə hesabat.
2. Milli Məclisin Elm və təhsil komitəsinin 2023-cü ilin yaz sessiyası üçün iş planının müzakirəsi.
3. “Lotereyalar haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Ovçuluq haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Mühasibat uçotu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.