Modern.az

Parlamentin komitə iclasları bölgələrdə keçirilsin!

Parlamentin komitə iclasları bölgələrdə keçirilsin!

Parlament

23 Yanvar 2023, 11:22

Milli Məclisin komitə iclaslarının bölgələrdə keçirilməsi təklif olunub.

 

Modern.az xəbər verir ki, bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Jalə Əliyeva çıxış edib.

 

“Təklif edirəm ki, bizim bu il komitə iclaslarımızın bəziləri bölgələrdə keçirilsin. Bilirsiniz ki, bu il cənab Prezidentin sərəncamı ilə “Heydər Əliyev İli” olacaq. Biz bu yolla Ulu Öndərin xalq və dövlət arasında güclü əlaqələrini göstərə bilərik”, - deyə deputat təklif irəli sürüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi