Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilir.
Modern.az xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. 2022-ci ilin payız sessiyası dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabat.
2. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2023-cü il yaz sessiyası üçün iş planının layihəsi.
3. “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.