Modern.az

Parlamentə banklarla bağlı paketin gəlməsi gözlənilir

Parlamentə banklarla bağlı paketin gəlməsi gözlənilir

Parlament

24 Yanvar 2023, 13:06

“2022-ci ildə 20 milyardlıq kredit borcları vardı. Vaxtı keçmiş kreditlərin məbləği təxminən 600 milyona yaxındır ki, bu da 3 faiz həcmindədir".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

 

“Düşünürəm ki, hazırda Azərbaycanda vaxtı keçmiş kreditlərlə bağlı mənzərə o qədər də pis deyil. Yaxın vaxtlarda parlamentə banklarla bağlı ayrıca bir paketin gəlməsi gözlənilir”, - deyə komitə sədri vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı