Modern.az

Türkiyəli deputatlar Azərbaycana gəlirlər - ÖZƏL

Türkiyəli deputatlar Azərbaycana gəlirlər - ÖZƏL

24 Yanvar 2023, 22:10

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun üzvləri Bakıya səfərə gəlirlər.

 

Bu barədə Modern.az-a Türkiyə parlament heyətinin üzvü, deputat Yunus Kılıç məlumat verib.

 

Səfər yanvarın 31-də başlayacaq. O, Azərbaycana səfər çərçivəsində bir sıra görüşlər keçirəcəklərini, aktual mövzular ətrafında fikir mübadiləsi aparacaqlarını bildirib:

 

“Məqsəd əlaqələrimizi daha yüksək səviyyədə saxlamaq, bir-birimizə dəstək olmaq, eyni zamanda birlikdə hərəkət edə biləcəyimiz sahələri müəyyənləşdirməkdir. Azərbaycan və Türkiyə iki qardaş ölkədir. Bizim uğurlarımız da, hədəflərimizdə birdir”.

 

Y.Kılıç 4 gün Bakıda qalacaqlarını, mümkün olsa, Şuşaya səfər edəcəklərini söyləyib:

 

“Rəsmi görüşlərdən başqa işlərimiz olacaq. Xüsusilə Şuşaya getmək, Qarabağı ziyarət etmək, orada yaşananaları öz gözlərimizlə görmək istərdik. Ümid edirik ki, budəfəki səfərimiz də maraqlı və faydalı olacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu