Modern.az

Parlamentdə idmançılar və gənclərlə görüş olacaq

Parlamentdə idmançılar və gənclərlə görüş olacaq

Parlament

25 Yanvar 2023, 11:00

Milli Məclisdə “Ulu Öndər Heydər Əliyev Azərbaycan hüquq islahatlarının banisi kimi” mövzusunda gənc hüquqşünaslarla simpozium keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyasının işlər planına daxil edilib.

 

İş Planında həmçinin, “Heydər Əliyev İli” çərçivəsində idman mütəxəssisləri, məşqçilər və idmançılarla görüş, eləcə də 2 Fevral - Gənclər gününə həsr olunan ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub. Gənclər günü ilə bağlı fəal gənclər və gənclər təşkilatları ilə görüşlər keçiriləcək.

 

Eyni zamanda yaz sessiyası müddətində 5 Mart - Bədən Tərbiyəsi və idman gününə həsr olunan ictimai dinləmənin keçirilməsi iş planına daxil edilib. İctimi dinləmədə fəal idman klubları və federasiyaları ilə görüşün təşkili planlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi