İcbari tibbi sığorta haqqında yeni qanun layihəsi hazırlana bilər.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün keçirilən komitə iclasında deyib.
“Yeni qanun layihəsinin hazırlanması ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevlə danışıqlar olub. Bunun üzərində işlər aparılır”, - deyə komitə sədri bildirib.