Modern.az

Zahid Oruc Avropa Məhkəməsini qınadı

Zahid Oruc Avropa Məhkəməsini qınadı

Parlament

25 Yanvar 2023, 14:54

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra hallarda Azərbaycanla bağlı kommunikasiyanın başlanması haqda siyasi qərarları olub.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

 

Komitə sədri bildirib ki, Avropa Məhkəməsi və digər beynəlxalq məhkəmələr hüquqi müstəvidən kənar addımlar atırlar.

 

Z.Oruc həmçinin, bu gün ölkədə vətəndaşların əmlak və mülkiyyət toxunulmazlığı ilə bağlı müəyyən problemlərin olduğunu xatırladıb: “Təxminən 2014-2015-ci illərdə bir mənzili 3-4 şəxsə satan tikinti şirkətləri ilə bağlı qanunvericilik qəbul edilib. Uzun müddət keçməsinə baxmayaraq, heç bunu yada salan yoxdur. Baxmayaraq ki, aidiyyəti qurumlar bu sahədə qanunu pozan tikinti şirkətləri barədə müvafiq addımlar atıb. Amma vətəndaşın buna heç bir xeyri yoxdur. Onlar illərlə verdikləri vəsaitin nə vaxt geri qaytarılacağını gözləyirlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü