Sosial şəbəkələri tənzimləyən qanun olmalıdır - Deputat

Sosial şəbəkələri tənzimləyən qanun olmalıdır - Deputat

25 Yanvar 2023, 16:35

Sosial şəbəkələrdə insan hüquqlarının qorunması vacib məsələdir. Bununla bağlı geniş müzakirələr aparılmalıdır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşiroğlu deyib.

 

Onun sözlərinə görə, sosial şəbəkələri tənzimləyən qanunvericilik olmalıdır.

 

“Biz bu məsələ ilə bağlı geniş müzakirələr aparmalıyıq. Ona görə ki, sabah sosial şəbəkələr haqqında qanun layihəsi hazırlananda tənqidlər olmasın. Biz bu istiqamətdə cəmiyyətin sifarişini müəyyən etməliyik, sosial şəbəkələri tənzimləyən qanun layihəsi olmalıdır. Sosial şəbəkələr bizim cəmiyyətimizin gələcəyinə böyük zərbə vurur. Orada azyaşlı uşaqlarla bağlı yayılan videolar adamı dəhşətə gətirir. Bu məsələləri ciddi şəkildə müzakirə etməliyik”, - deyə deputat çıxışında vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran azərbaycanlıları sanki diri-diri basdırmaq istəyir