Modern.az

“O, yalnız özünün seçkisilə bağlı bu fikri söyləyə bilər” – Əli Hüseynli

“O, yalnız özünün seçkisilə bağlı bu fikri söyləyə bilər” – Əli Hüseynli

25 Yanvar 2023, 17:34

Millət vəkili Erkin Qədirlinin Azərbaycanda parlament seçkilərinin guya qeyri-demokratik keçirilməsi ilə bağlı söylədikləri təəccüb və təəssüf hissi doğurur. Hesab edirəm ki, o, yalnız özünün seçkisi ilə  bağlı bu fikri söyləyə bilər.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib.

 

O xatırladıb ki, 2018-ci ildə start götürmüş siyasi islahatların yeni mərhələsinin davamı olaraq 2020-ci ildə demokratik əsaslarla növbədənkənar parlament seçkiləri keçirilib. Bunun nəticəsində yeni parlament formalaşıb, yeni siyasi konfiqurasiyaya uyğun olaraq parlament müxalifəti həm Milli Məclisin rəhbərliyində, həm də onun komitələrində təmsil olunub. 

 

"Hakimiyyətin digər qollarında olduğu kimi, ölkə parlamentində də əhəmiyyətli islahatlar həyata keçirilmişdir. Bütün bunlar, sözsüz ki, ilk növbədə məhz demokratik seçki prinsipləri əsasında formalaşmış parlamentin siyasi iradəsinin nəticəsidir", - deyə Əli Hüseynli vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü