Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycanın İradakı səfirliyinə hücumla bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.
Modern.az xəbər verir ki, TBMM sədri bu barədə "Twitter" hesabında paylaşım edib.
Türkiyəli spiker Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib və Azərbaycana başsağlığı verib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.