Modern.az

Rəqabət Məcəlləsi parlamentdə müzakirəyə çıxarılır

Rəqabət Məcəlləsi parlamentdə müzakirəyə çıxarılır

28 Yanvar 2023, 11:44

Rəqabət Məcəlləsinin layihəsi uzun illərdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.

 

Modern.az-ın xəbərinə görə, məsələ parlamentin 2023-cü il üzrə yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib.

 

Layihə əvvəlcə sessiya ərzində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

 

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı