Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Elman Məmmədov “Şəhid statusu haqqında” qanunda kifayət qədər hüquqa zidd müddəaların olduğunu qeyd edib. Modern.az xəbər verir ki, millət vəkili həmin sənədə yenidən baxılmasını təklif edib. Eyni zamanda o bildirib ki, Azərbaycanda Qarabağ müharibəsi veteranları çox cüzi müavinət alırlar.
“Bu müavinət qaldırılmalıdır. Bundan başqa, 1988-ci ildən 1991-ci ilə milli münaqişə ola bilərdi. Amma bütün əlillərə verilmiş sənədə göstərilir ki, “milli münaqişə zəmində əlil olmuş insanlar”. Hesab edirəm ki, bu doğru yanaşma deyil. Bu ermənilərin xalqımıza qarşı apardığı müharibədir. Ona görə bu söz o sənədə belə dəyişdirilməlidir: “Qarabağ müharibəsi zamanı əlil olmuş insanlar”” deyə millət vəkili vurğulayıb.