Modern.az

Parlamentin yaz sessiyasının işlər planı təsdiqləndi 

Parlamentin yaz sessiyasının işlər planı təsdiqləndi 

1 Fevral 2023, 12:26

Milli Məclisin 2023-cü il yaz sessiyası üçün qanunvericilik işlər planına daxil edilən məsələlər məlum olub.

 

Modern.az xəbər verir ki, parlamentin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planına 9 məsələ daxil edilib.

 

Bunlar aşağıdakılardır:

 

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikasının Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;

 

2. Azərbaycan Respublikasının “Heydər Əliyev -100” yubiley medalının təsis edilməsi haqqında qanun layihəsi;

 

3. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

 

4. Rəqabət Məcəlləsi layihəsi;

 

5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

 

6. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi;

 

7. “Ali təhsil haqqında” qanun layihəsi;

 

8. “Qeyri maddi-mədəni irsin qorunması haqqında” qanun layihəsi;

 

9. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri;

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir