Modern.az

Hesablayıcı komissiyasının tərkibi yenidən formalaşdırıldı

Hesablayıcı komissiyasının tərkibi yenidən formalaşdırıldı

Parlament

1 Fevral 2023, 12:28

Milli Məclisin Hesablayıcı komissiyasının tərkibi yenidən formalaşdırılıb.

 

Modern.az xəbər verir ki, bu gün keçirilən plenar iclasda Milli Məclisin Hesablayıcı komissiyasının yaradılması haqqında qərar layihəsi müzakirəyə çıxarılaraq təsdiq olunub.

 

Komissiya üzvlüyündə aşağıdakı deputatlar yer alıb:

 

1. Allahverdiyev Elnur Marat oğlu

2. Əliyev Rauf Asif oğlu

3. Hacıyev Emin Məcid oğlu

4. Hüseynova Sevinc Əmirəhməd qızı

5. Quliyev Eldar Allahyar oğlu

6. Vəliyeva Sədaqət Süleyman qızı

7. Zabelin Mixail Yuryeviç.

 

Qeyd edək ki, adları çəkilən deputatlar Hesablayıcı komissiyanın əvvəlki tərkibdə də təmsil olunublar. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!