Modern.az

İşçilər əməyin mühafizəsi üçün xərc çəkməyəcəklər

İşçilər əməyin mühafizəsi üçün xərc çəkməyəcəklər

Parlament

1 Fevral 2023, 12:44

Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkməyəcəklər.

 

Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasının gündəliyinə birinci oxunuşda daxil edilən Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

 

Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının 21-ci maddəsinə əsasən əməyin təhlükəsizliyi və gigiyenası üzrə tədbirlər işçilər üçün hər hansı bir xərci özündə ehtiva etmir.

 

Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı mümkün xərclərin çəkilməsindən işçilərin qorunması sahəsində sözügedən Konvensiyanın 21-ci maddəsinin bütövlüklə tətbiqi milli qanunvericiliklə tam təmin edilmədiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurəti yaranıb.

 

Yuxarıda qeyd olunanların tənzimlənməsi məqsədilə hazırlanmış qanun layihəsi Əmək Məcəlləsinin 220-ci maddəsinə “Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər” məzmunlu yeni 6-cı hissənin əlavə edilməsini nəzərdə tutur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...