Modern.az

Mediaya vergi güzəştlərinin 5 illik olması təklif edildi

Mediaya vergi güzəştlərinin 5 illik olması təklif edildi

6 Fevral 2023, 11:54

Milli Məclisdə media subyektlərinə tətbiq edilən vergi güzəştlərinin üç ildən beş il müddətinə artırılması təklif edilib. 


Modern.az xəbər verir ki, bu təkliflə deputat Mahir Abbaszadə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edib. 

 

“Hesab edirəm ki, vergi güzəştlərinin üç ildən beş il müddətinə artırılması bu sahədə inkişafa təkan verəcək.  Qeyd olundu ki, 3 il müddətində edilən vergi güzəştləri dövlət büdcəsinə 10 milyon manata başa gələcək. Bu da ildə təxminən 3 milyon manat deməkdir. Müddətin beş ilə qaldırılması problem hesab edilməz. Mənə elə gəlir ki, bu, dövlət büdcəsi üçün o qədər də böyük problem olmayacaq”, - deyə deputat vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi