Modern.az

Spiker Sahibə Qafarova Azərbaycanın Misirdəki səfirliyində olub - FOTO

Spiker Sahibə Qafarova Azərbaycanın Misirdəki səfirliyində olub - FOTO

Parlament

8 Fevral 2023, 10:30

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Misir Ərəb Respublikasında səfərdə olan parlament nümayəndə heyəti ölkəmizin bu ölkədəki səfirliyinə baş çəkib.

 

Modern.az xəbər verir ki, Milli Məclisin sədri səfirliyin inzibati binasının foyesində ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, müasir Azərbaycan dövlətçiliyinin memarının əziz xatirəsini ehtiramla yad edib.

 

Sonra səfir Elxan Poluxov səfirliyin fəaliyyəti barədə Milli Məclisin sədrinə ətraflı məlumat verib.

 

Parlamentin sədri səfirlik əməkdaşlarının fəaliyyəti üçün burada yaradılmış şəraitlə tanış olub, onlara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələrini verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi