Modern.az

Deputatlar yardım kampaniyasına qoşuldular

Deputatlar yardım kampaniyasına qoşuldular

9 Fevral 2023, 11:06

Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə Türkiyədə zəlzələdən çərər çəkən insanlara yardım kampaniyası başladılıb.

 

Modern.az xəbər verir ki, bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

 

“Milli Məclisin deputatları və əməkdaşları Milli Məclisin sədri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə yardım kampaniyasına qoşulub. Bundan başqa, biz Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə göstərilən humanitar yardıma da qoşulacağıq. İndiyə qədər Türkiyəyə dövlət tərəfindən müvafiq yardımlar göndərilib. Bura 7 təyyarə və 14 TIR yardım daxildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında 37 Türkiyə vətəndaşını sağ çıxarıblar”, - deyə komitə sədri vurğulayıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 12 873 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 62 937 nəfərdir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi