Modern.az

Fazil Mustafadan deputatları Türkiyəyə yardım etməməkdə qınayanlara sərt cavab

Fazil Mustafadan deputatları Türkiyəyə yardım etməməkdə qınayanlara sərt cavab

Parlament

10 Fevral 2023, 09:29

Azərbaycan Milli Məclisinin deputatları Türkiyədə zəlzələdən zərərə çəkənlərə maddi yardım ediblər.

Modern.az saytı xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa bildirib.

O, sosial şəbəkələrdə deputatları bu məsələyə görə qınayanlara sərt cavab verib.

“Agah olun ki, Milli Məclisin sədrindən başlamış sıravi deputata qədər hamısı könüllü şəkildə maaşından əhəmiyyətli məbləği Türkiyəyə yardım üçün göndərib. Üstəlik də ayrı-ayrı yardım toplama məntəqələrdə yaşam üçün vacib malları da hazırlayıb təhvil verən xeyli deputatlar var. Bunu reklam etmək üçün hər qutunun yanında şəkilmi çəkdirməlidirlər? Türkiyəmizin bu acı günündə hər kəs səmimi şəkildə öz imkanı çatanı etsin, yalandan vətənpərvərlik pozası alıb meymunluq etməyə gərək yox! Bölücülüklə məşğul olmağa nə gərək var? Prezidenti də, deputatı da, məmuru da, ziyalısı da, müəllimi də, həkimi də, hətta məktəblisi də Türkiyənin acısını öz canında hiss edir, əlindən gələni əsirgəmir. Bu gün hər bir ləyaqətli azərbaycanlı həqiqətən də Türkiyə ilə nəfəs alır. Bu yersiz hərəkətlərinizi acı, kədərli günlərimizdə bəlkə təxirə salasınız?”, - deyə F.Mustafa vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi