Modern.az

Bələdiyyələrə dair illik məruzə parlamentə daxil olub

Bələdiyyələrə dair illik məruzə parlamentə daxil olub

14 Fevral 2023, 12:08

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi Milli Məclisə daxil olub.

 

Modern.az xəbər verir ki, məruzə sabah parlamemtin Regional məsələlər komitəsinin iclasında müzakirə olunacaq.

 

Bundan başqa komitənin iclasına iki məsələ də əlavə edilib.

 

1. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

 

2. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır