Modern.az

Aİ missiyası normallaşmaya maneə yarada bilər - SPİKER

Aİ missiyası normallaşmaya maneə yarada bilər - SPİKER

17 Fevral 2023, 11:22

Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda monitorinq missiyası yerləşdirməsi Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə maneə yarada bilər. 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova bildirib.


“Avropadan Ermənistanın Azərbaycanda sərhədinə müşahidə missiyası adı ilə kənar qüvvələrin gətirilməsi problemli haldır. Həmçinin normallaşma prosesinə də maneə yaradır. Mən bununla bağlı Rusiyaya səfərim zamanı bir daha vurğuladım”, - deyə parlament sədri vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı