Modern.az

Məşğulluqla bağlı ictimai dinləmələr keçirilə bilər

Məşğulluqla bağlı ictimai dinləmələr keçirilə bilər

Parlament

17 Fevral 2023, 15:14

Milli Məclisdə məşğulluqla bağlı ictimai dinləmələrin keçirilməsi təklif olunub.

 

Modern.az xəbər verir ki, bu təkliflə parlamentin bu gün keçirilən iclasında deputat Azay Quliyev çıxış edib.

 

“Növbəti vaxtlarda məşğulluqla bağlı ictimai dinləmələr keçirilməlidir. Müvafiq orqanlarla müzakirələr aparıb, bu sahədə problemi həll etməliyik. Həmçinin aidiyyəti orqan cavab verməlidir ki, bizim seçicilərin müraciətlərinə niyə müsbət cavab verilmir”,- deyə deputat bildirib.

 

Spiker Sahibə Qafarova isə cavabında söyləyib ki, belə istəy olarsa, ictimai dinləmə keçirilə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi