Modern.az

“İlham Əliyevlə mübarizə apara biləcək kimsə yoxdur”

“İlham Əliyevlə mübarizə apara biləcək kimsə yoxdur”

3 İyun 2013, 13:01

“Bu il keçiriləcək prezident seçkilərində Azərbaycan gənclərinin seçimi prezident İlham Əliyev olacaq. Ölkədə dövlət başçısı tərəfindən aparılan  siyasət  gənclərin öz imkanlarını reallaşdırmaq üçün unikal imkanlar açıb”. Bu sözləri Milli Məclisin deputatı Fuad Muradov 2013-cü il seçkilərinin perspektivi  ilə bağlı danışarkən bildirib.

Prezidentin cəmiyyətdə nufuzunun çox böyük olduğunu deyən deputatın sözlərinə görə, bu dövlət başçısının fəaliyyətindən qaynaqlanır. “Azərbaycanda son illərdə həyata keçirilən siyasət insanların rifah halının yaxşılaşması ilə müşayət olunub. Ölkə prezidentinin siyasi hədəfində Azərbaycan vətəndaşıdır. Dövlət siyasəti vətəndaşların yaxşı yaşaması və sabaha ümidlə baxmasına yönəldilib. Prezidentin siyasi iradəsi ilə ölkədə həyata keçirilən böyük miqyaslı quruculuq işləri Azərbaycanın möhkəm təməl üzərində dayandığının bariz subutudur”.  

F.Muradovun sözlərinə görə, bu il keçiriləcək seçkilərdə prezident İlham Əliyevlə mübarizə apara biləcək kimsə yoxdur. “Dövlət başçısının apardığı siyasi kurs ölkə ictimaiyyəti tərəfindən çox yüksək əhvalla qarşılanır və dəstək alır. Prezident seçki kampaniyası aparmadan belə seçkidə qalib gələ biləcəyi şübhəsizdir”.

Deputat qeyd edib ki, lham Əliyevin həyata keçirdiyi siyasi kurs nəticəsində Azərbyacan beynəlxalq münasibətlər sistemində mühüm bir qovşağa çevrilib və bölgədə söz sahibi olan ölkə kimi tanınıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...