Modern.az

Azərbaycan Avronestdə hədəfinə çatdı, Ermənistan rədd cavabı aldı

Azərbaycan Avronestdə hədəfinə çatdı, Ermənistan rədd cavabı aldı

Parlament

23 Fevral 2023, 09:28

"20-21 fevral Kişinyov şəhərində Avronest Parlament Assambleyasının (Avropa Parlamenti + Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova) sessiyası başa çatıb. İclasda 4 komitə üzrə hesabatların dinlənilməsi və qətnamə layihələrinin qəbul olunması planlaşdırılırdı. Komitələrdən Enerji Təhlükəsizliyi komitəsinin sədri Azərbaycan, hesabatlardan isə İqtisadi komitənin hesabatının müəllifi Azərbaycan idi".

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili bildirib. 

 

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin 2 əsas hədəfi vardı. Bunlardan birincisi Azərbaycanın müəllifi olduğu sənədin qəbul etdirilməsi, Azərbaycanın regional layihələrinin müzakirə olunması və dəstəkləyicimizlərin sayının artırılması, ikincisi isə Azərbaycana qarşı təqdim edilmiş qətnamə layihələrinin qəbul edilməsinin qarşısını almaq, regiondakı həqiqətləti hər kəsə konstruktiv formada çatdırmaq idi. 

 

Sessiya zamanı nümayəndə heyətinin bütün üzvləri müxtəlif görüşlər keçirdi, müzakirələrdə aktiv çıxışlar etdi. Katibliyimiz aktiv fəaliyyət göstərdi, bütün deputatlara materiallar paylandı.

 

Nəticədə:

 

1.İqtisadi komitədə tərtib etdyimiz hesabat yekdilliklə qəbul edildi.
2.Enerji təhülkəsizliyi komitəsində Azərbaycanın rolu barədə bütün çıxışçılar müsbət məqamlar qeyd etdilər.
3.Ermənistan tərəfindən ölkəmizə qarşı irəli sürülən 3 dəyişiklik rədd edildi.
4.Sosial komitədə ökəmizin digər ölkələrə yardımından daha çox xəbər tutdular.
5.Siyasi və təhlükəsizlik komitəsində isə Ermənistan tərəfindən irəli sürülən 9 dəyişiklik rədd edildi.

 

Büro iclasında Azərbaycan, Gürcüstan, Belarusa qarşı təxribat xarakterli qətnamə layihəsinin isə Plenar iclasa tövsiyyə olunması rədd edildi.

 

"Qeyd etmək istərdim ki, Ermənistan parlamentinin spikeri və Xarici İşlər Nazirinin müavini Assambleya iştirakçılarına videomüraciət edərək bu dəyişikliklərin (Laçın yolu, Qarabağın guya blokadası, Azərbaycan ordusunun Ermənistan ərazisindan çıxması, ATƏT Minsk qrupunun aktivləşməsi və s…) qəbul edilməsinə çağırdılar.

 

Ermənistan nümayəndə heyətinin bütün bu cəhdlərinə baxmayaraq, Assambelya iştirakçıları onların bütün dəyişikliklərini rədd etdilər. Bu nəticənin əldə edilməsində Azərbaycan nümayəndə heyəti üzvlərinin, katibliyimizin və Moldovadakı səfirliyimizin böyük rolu oldu.

 

Üzv ölkələr ilə keçən bütün görüşlərimizdə hər kəs Azərbaycan Prezidenti İlham Əliyevin regionda sülh siyasətini, geo-iqtisadi və enerji layihələrini təqdir etdiklərini bildirdilər. Azərbaycanın və onun dövlət başçısının beynəlxalq aləmdə nüfüzü və etibarlı tərəfdaş olması müsbət nəticələrin əldə olunmasında müstəsna rol oynayır", - deyə Milli Məclisin komitə sədri vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar