Modern.az

ATƏT PA-dan erməni lobbisinə xidmət edənlərə çağırış

ATƏT PA-dan erməni lobbisinə xidmət edənlərə çağırış

24 Fevral 2023, 17:04

Bu gün Avstriyanın paytaxtı Vyanada ATƏT PA-nın qış sesiyasının ümumi komitələrinin birgə iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda Azərbaycan Nümayəndə Heyətinin rəhbəri Azay Quliyev çıxış edib.

 

"Azərbaycan və Ermənistan qarşılıqlı olaraq BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsi çərçivəsində bir-birlərinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığı prinsipini qəbul edib. Brüssel, Praqa və Soçidə bu prinsiplər, o cümlədən Azərbaycanın təklif etdiyi 5 baza prinsipləri əsasında sülh müqaviləsinin imzalanması haqqında razılıq əldə olunub. Azərbaycan qısa müddətdə sülh sazişini imzalamağa, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamağa, bütün kommunikasiyaları açmağa hazırdır",-deputat deyib.

 

Bununla yanaşı, Azay Quliyev bildirib ki, erməni lobbisinin təsiri altında olan siyaçətçilər və ölkələr Azərbaycanın daxili işlərinə, o cümlədən Qarabağda yaşayan erməni vətəndaşlarla münasibətin qurulmasına müdaxilə etməkdən çəkinməlidir. Belə qanunsuz müdaxilə ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik kimi qiymətləndirilir və qətiyyən qəbul edilməzdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı