Modern.az

Ombudsman bu məsələni diqqətdə saxlasın - Deputat

Ombudsman bu məsələni diqqətdə saxlasın - Deputat

3 Mart 2023, 15:19

Ermənistanda ombudsmanlar saxta soyqırımı məsələsini hər zaman gündəmdə saxlayırlar. Amma təəssüf ki, bizdə bu, belə deyil.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi ilə bağlı müzakirələr zamanı deputat Elşad Mirbəşiroğlu bildirib.

 

“4-5 gün öncə Sumqayıtda ermənilərin özlərinə qarşı törətdiyi saxta soyqırımının 35 illiyi qeyd olundu. Mən istəyərdim ki, bizim Ombudsman da bu məsələni diqqətdə saxlasın. Bizdə də belə məsələlər gündəmdə saxlanılsın. Ölkədə ombudsman səviyyəsində belə məsələlər gündəmə gətirilsin, daha yaxşı nəticələr əldə olunsun. Hazırda aktiv şəkildə soydaşlarımızın Qərbi Azərbaycana qayıtması məsələsi müzakirə olunur. Bu məsələdə də Ombudsman aparatının fəaliyyətinin olması vacibdir", - deyə deputat vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı