Modern.az

Ombudsman Aparatından deputatlara cavab GECİKMƏDİ

Ombudsman Aparatından deputatlara cavab GECİKMƏDİ

Parlament

3 Mart 2023, 15:30

“Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bəlkə də nadir məmurlardandır ki, hər zaman ictimaiyyətə və əməkdaşlığa açıqdır”.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

 

“Səbinə xanım dəfələrlə Milli Məclisin müxtəlif iclaslarında iştirak edib. Biz hüquqi dövlətdə yaşayırıq. Ombudsmanın fəaliyyəti konstitusiya qanunu ilə tənzimlənir. Qanun 14-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, Ombudsman öz illik məruzəsini ölkə Prezidentə təqdim edir və Milli Məclisin qarşısında çıxış edir. Belə bir hüququ deputatlarımız da tanınır. Ayın 7-də Səbinə xanım Milli Məclisin plenar iclasında çıxış edən zaman istənilən sualınızı, fikirlərinizi bildirə bilərsiniz. O baxımdan, bunu Səbinə xanımın sizə qarşı hər hansı hörmətsizliyi kimi başa düşməyin. Bu, konstitusion qanunun qoyduğu tələbdir. Qanunda konkret olaraq belə bir öhdəlik müəyyənləşməyib ki, ombudsman komitə iclaslarına gəlib məruzəni təqdim etməlidir. Məruzəni plenar iclasda təqdim edir”,- deyə Aydın Səfixanlı deputatların iradlarına cavab olaraq bildirib.

 

Qeyd edək ki, bu gün parlamentin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi” müzakirə olunub. İclasda Ombudsman iştirak etməyib. Deputatlar bununla bağlı narazılıqlarını dilə gətiriblər.

Bu xəbər ilə bağlı
Səbinə Əliyeva iclasa gələ bilmədi, deputatlar nə dedilər...
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!