Modern.az

TÜRKPA-nın Bakıdakı iclası sükutla başladı 

TÜRKPA-nın Bakıdakı iclası sükutla başladı 

Parlament

6 Mart 2023, 11:00

TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının iclası keçirilir.

 

Modern.az xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və TÜRKPA katibliyinin nümayəndələri iştirak edir.

 

Toplantıda fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdə həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad edilib.

 

İclasda müzakirə olunacaq məsələlər bunlardır:

 

1. Gündəliyin qəbulu

 

2. "TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması"-na dair Komissiya iclasının hesabat məruzəsinin layihəsi

 

3. "TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması"-na dair Komissiya iclasının tövsiyə qərarlarının layihəsi 4. Reproduktiv sağlamlığın qorunması haqqında Model Qanun layihəsi

 

5. Komissiyanın 9-cu iclası: yer, tarix və gündəlik

 

6. Digər məsələlər

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi