Modern.az

Türkiyədə baş verən faciə bizi dərindən sarsıdıb – Əli Hüseynli

Türkiyədə baş verən faciə bizi dərindən sarsıdıb – Əli Hüseynli

Parlament

6 Mart 2023, 11:09

Düz bir ay əvvəl, qardaş Türkiyədə baş vermiş faciə bizi dərindən sarsıdıb.

 

Modern.az xəbər verir ki, bu barədə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının iclasında çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib.

 

"İnanırıq ki, yaxın vaxtda qardaş ölkə bu problemdən qurtulacaq. TÜRKPA-nın bu gün keçirilən iclası bizim üçün vacibdir. 85 gündür Azərbaycan ekofəallərı Laçın yolunda ekoloji terrora qarşı mübarizə aparır. Ümid edirik ki, TÜRKPA-nın bu gün baş tutan iclasında bu məsələ də geniş müzakirə olunacaq və TÜRKPA Azərbaycanın haqq, ədalət işinə dəstək verəcək", - deyə birinci vitse-spiker vurğulayb.

 

Qeyd edək ki, Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının iclası keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi