Modern.az

Ekoloji terror mütləq qınanılmalıdır - Deputat

Ekoloji terror mütləq qınanılmalıdır - Deputat

Parlament

6 Mart 2023, 12:05

Azərbaycanın tarixi torpaqları uzun müddət ərzində işğal altında qalıb. 

 

Modern.az xəbər verir ki, bu barədə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən iclasında Komissiyasının sədri Əhliman Əmiraslanov bildirib. 

 

“Bu illər ərzində Ermənistan tərəfi həmin ərazilərdə ekoloji terror törədib. Azərbaycan tarixi torpaqlarını işğaldan azad etdikdən sonra da ermənilər ekoloji terrora əl atıb. Bu gün TÜRK PA-nın iclasında ümid edirik ki, üzv dövlətlər Ermənistanın bu qeyri-konstruktiv davranışına münasibət bildirəcək. Digər dövlətin ərazisində ekoloji terrorun törədilməsi mütləq qınanılmalıdır”,- deyə o qeyd edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi