Modern.az

İnsan hüquqlarını pozan qurumların siyahısı açıqlanmalıdır - Zahid Oruc

İnsan hüquqlarını pozan qurumların siyahısı açıqlanmalıdır - Zahid Oruc

7 Mart 2023, 11:54

“Məruzədə müsbət həll olunan şikayətlərdən nümunələr göstərilir. Bununla bərabər, ən çox insan hüquqlarını pozan hökumət orqanlarının adlarının verilməsi vacibdir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Ombudsmanın hesabatına münasibət bildirərkən deyib.

 

“Şikayətlərin hansı dövlət orqanlarını əhatə etməsi və onların xarakterinin ümumiləşdirilməsi, regional ofislər və onların fəaliyyəti barədə məlumatların genişləndirilməsi, hüquq və azadlıqlar üzrə indekslərin yaradılması məqsədəuyğun olar”, - deyə deputat vurğulayıb.

 

Qeyd edək ki, bu gün Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi dinlənilb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi