Modern.az

Sahibə Qafarova Bəhreynə səfər edəcək

Sahibə Qafarova Bəhreynə səfər edəcək

Parlament

10 Mart 2023, 11:40

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti martın 10-da Bəhreyn Krallığına səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə deputat Ramin Məmmədov feysbuk hesabında məlumat paylaşıb.

 

Bildirilib ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti paytaxt Manama şəhərində keçiriləcək Parlamentlərarası İttifaqın (İPU) Baş Assambleyasının 146-cı iclasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 2-ci iclasında iştirak edəcək.

 

Azərbaycan nümayəndə heyətinə deputatlar Ramin Məmmədov, Elnur Allahverdiyev, Sevil Mikayılova və digər rəsmi şəxslər daxildir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi