Modern.az

Deputatlar AŞPA-ya gedir

Deputatlar AŞPA-ya gedir

Parlament

14 Mart 2023, 12:50

Martın 15-dən 23-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Monitorinq, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər, Hüquqi məsələlər və insan hüquqları, həmçinin Mədəniyyət, elm, təhsil və media komitələrinin iclasları keçiriləcək.

 

Modern.az xəbər verir ki, iclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

 

Nümayəndə heyətinə Milli Məclisin deputatları Rafael Hüseynov, Erkin Qədirli, Kamal Cəfərov və Nigar Arpadarai daxildirlər.

 

İclaslarda Miqrantların və qaçqınların inteqrasiyası, Əfqanıstan və əfqan qaçqınları üçün yaranan humanitar böhran, Şərqi Aralıq dənizində sülh və sabitliyin qorunması, Liviyada və Yaxın Şərqdə baş verən son hadisələrin Avropa üçün nəticələri, Avropa Şurası ilə Latın Amerikası arasında əlaqələrin möhkəmləndirilməsi, Avropa İnsan Hüquqları Konvensiyası və milli konstitusiyalar, Avropa İttifaqının İnsan hüquqlarına dair Avropa Konvensiyasına qoşulmasının hüquqi aspektləri, Mədəni irs və iqlim dəyişikliyi, Müharibə və sülh şəraitində mədəni kimliyin silinməsinə qarşı mübarizə və digər məsələlər müzakirə olunacaq.

 

Milli Məclisin deputatları komitələrdə müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, qeyd və təkliflərini bildirəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır