Modern.az

Qarşıya qoyulan məqsədlərə nail olunub - Baş nazir

Qarşıya qoyulan məqsədlərə nail olunub - Baş nazir

Parlament

17 Mart 2023, 11:18

Ötən il ərzində Azərbaycanda işğaldan azad edilən ərazilərin bərpası, səhiyyə, təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə qarşıya qoyulan məqsədlərə nail olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əəsdov bildirib.

 

Baş nazir vurğulayıb ki, hesabat ili ərzində 462 qərar, 822 sərəncam imzalanıb.

 

"Rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılması, dayanıqlı iqtisadi artımın sürətləndirilməsi, inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışının təmin edilməsi məqsədilə qarşıya qoyulan məqsədə nail olmaq üçün çalışılıb. Əhalinin hər nəfərinə düşən ÜDM 4,1% artaraq 13,3 min manat təşkil edib. Bu uğurlu siyasətin nəticəsi olaraq BMT-nin 2022-ci ilədək Davamlı İnkişaf Hesabatında Azərbaycan regionda ən yaxşı nəticə göstərib və 163 ölkə arasında 50-ci yerdə qərarlaşıb", - Əli Əsədov qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır