Modern.az

Bu evlər məcburi köçkünlərə verilə bilər

Bu evlər məcburi köçkünlərə verilə bilər

17 Mart 2023, 13:10

“Mən məcburi köçkünlərə evlərin verilməsinin dayandırılması barədə qərarın həm də siyasi məqsəd daşıdığını anlayıram. Ancaq hesab edirəm ki, həmin evlərin müvəqqəti olaraq məcburi köçkünlərə verilməsi məsələsi nəzərdən keçirilə bilər”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

 

“Düşünürəm ki, həmin insanlar doğma yurda tam qayıtdıqdan sonra yeni qərarlar qəbul edə bilərik. Eyni zamanda, bəzi qaçqın şəhərciklərində bağça və tibb məntəqələri hələ də fəaliyyət göstərmir. Bəli, Böyük Qayıdış prosesi sürətlə gedir. Ancaq düşünürəm, bu məsələ də xüsusi diqqətdə saxlanılmalıdır. Bu gün bəzi məcburi köçkün vətəndaşlarımız yaşadıqları kəndlərdə qazla bağlı problemlər var”, - deputat bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir