Modern.az

Əmanətlərin qaytarılmasında ciddi problemlər var 

Əmanətlərin qaytarılmasında ciddi problemlər var 

17 Mart 2023, 15:23

Nə qədər inflyasiya olsa da, əsas məsələ süni qiymət artımı ilə bağlıdır.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

 

“Ona görə də, bu sahədə antiinhisar tədbirləri daha da gücləndirilməlidir. Eyni zamanda bank faizləri də yüksəkdir. Bu da sahibkarlar üçün ciddi problemlər yaradır. Bağlanan banklar oldu ki, insanların orada çoxlu əmanətləri qalıb. Əmanətlərin qaytarılmasında ciddi problemlər var. Ona görə də Mərkəzi Banka vaxtı keçmiş kreditlərin qaytarılması məsələsini həll etməyi tövsiyə edirəm”,- deyə deputat bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir