Modern.az

Tahir Kərimli əhalini “qara camaat” adlandırdı, spiker cavab verdi

Tahir Kərimli əhalini “qara camaat” adlandırdı, spiker cavab verdi

Parlament

17 Mart 2023, 15:55

“Gücümüz ancaq pensiya alanlara çatır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

 

“Biz sevinirik ki, pensiyalara qənaət etmişik. 2009-cu ilə nisbətən pensiya alanların sayı 160 min nəfər azalıb. Belə çıxır ki, gücümüz ancaq pensiya alanlara çatır. Sonra da deyirik ki, gəlirlərimiz artıb. Xalqa hər şeyi Avropa qiymətləri ilə satırıq. Bəs pensiyanı həmin standartlarla veririk? Nə vaxta kimi insanlara “qara camaat” kimi yanaşacağıq?! Heç kim inciməsin, mən də “qara camaat”ın burdakı nümayəndəsiyəm. Biz hər şeyin yaxşı olduğunu deyirik, amma elə deyil axı?!  Bir milyon yaşayır deyə, 9 milyon yaşayır demək deyil. Hökumətdən çox xahiş edirəm ki, qazandığımız vəsaitin yarı hissəsini qara camaata da versin”.

 

Milli Məclisin sədri Sahibə Qafarova deputata cavabında bildirib ki, başda Prezident olmaqla heç kim əhaliyə qara camaat kimi baxmır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir